Böyük Summativ Qiymətləndirmələr davam edir
Məktəbimizdə birinci yarımil üzrə Böyük Summativ Qiymətləndirmələr davam edir. Bütün siniflərdə BSQ imtahanları Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə Microsoft Teams platforması üzərindən təşkil olunur. Böyük Summativ Qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən təşkil olunur.
BSQ-nin təşkili üçün BSQ komissiyası tərkibində metodbirləşmə rəhbərləri tərəfindən sual bankı formalaşdırılmış, nəzarətçi və texniki heyət yaradılmışdır. Şagirdlərə hər fəndən dörd çətinlik səviyyəsi üzrə 15 sual təqdim olunur və təsdiq olunmuş imtahan qrafikinə əsasən BSQ 1 qiymətləndirmələri davam etdirilir.