Elm və Təhsil Nazirliyi ilə "ORT İsrail" məktəblər şəbəkəsinin unikal əməkdaşlığı
Elm və Təhsil Nazirliyi ilə "ORT İsrail" məktəblər şəbəkəsinin unikal əməkdaşlıq planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan "İnnovativ məktəb" layihəsi çərçivəsində məktəbimizin müəllimləri Sənubər Şükürova, Vəfa Ağayeva, Nigar Babayeva, Xanım Musazadə İsrailin Tel-Əviv şəhərində keçirilən "Təhsildə liderlik" mövzusunda təlimlərdə iştirak etdilər.
12 məktəb üzrə 46 nəfərlik pedaqoji heyətin iştirak etdiyi təlimlərdə iştirakçılar müasir tədris metodologiyaları,layihə əsaslı öyrənmə, çoxşaxəli öyrənmə, təhsildə illüziyalar, sosial-emosional öyrənmə modeli, süni intellektin təhsildə yaratdığı imkanlar və müxtəlif praktiki fəaliyyətlərə cəlb olunublar.
Qeyd edək ki, bu məktəb müəllimlərinin İsrailə təcrübə səfərinə gedən 4 -cü qrupudur. Artıq məktəbimizdə 12 nəfər müəllim həmin təcrübə səfərlərində iştirak edərək, İnnovativ təcrübələri məktəbdə tətbiq etməkdədirlər.