"Bayrağımız Qürur Mənbəyimizdir"

        Bayraq təkcə bir dövlətin rəmzi deyil, bayraq həm də bir millətin şərəfidir, qürurudur. Zaman-zaman bu qürur uğrunda bu şərəfi yüksək tutan oğullar ölümün ağuşunu dünyanın bütün nemətlərindən üstün tutublar. Sarılmaq üçün bir bayrağı olan vətən övladları bu bayrağı yüksəklərə qaldıran vətən sevdasını yaşadıblar ürəklərində. Bu sevdadan yola çıxıb, bu sevdanın sonunda bütün milləti, butün dövləti gözləyən qürurun sevincini yaşayıblar. Bayrağı tutan əlləri titrəmədiyi kimi, bayrağı sevən qəlblərinə də kölgə düşməyib. Ən əziz varlıqları kimi qoruyub and içiblər ay-ulduzlu bayrağımıza.
       31.10.2018-ci il tarixində Xəzər rayonu N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə təntənəli şəkildə "Bayrağımız Qürur Mənbəyimizdir" mövzusu ilə bağlı rəsm müsabiqəsi və fləşmob keçirilmişdir. Mövzu ilə bağlı istedadlı şagirdlər bir-birindən gözəl rəsmləri ilə müsabiqədə iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi