Son zəng 2023/2024

    14.06.2024-cü il tarixdə 120 nömrəli tam orta məktəbdə Son Zəng tədbiri keçirildi. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və daha sonra Dövlət Himni səsləndirildi. Məzunları ilk olaraq təbrik edən məktəbin direktoru Nazilə Məmmədova öz çıxışında məktəbə nailiyyətlər qazandıran, öz davranış və keyfiyyətləri ilə seçilən nümunəvi məzunları dəvət edərək onlara təşəkkür etdi. Məktəbin adını daşıdığı 20 Yanvar şəhidi Nüsrət Yaqubovun həyat yoldaşı Dilşad xanım məzunlara ürək sözlərini bildirdi. Tədbirdə qonaq qismində iştirak edən Zirə qəsəbə nümayəndəsi Rasim Hüseynov və Zirə qəsəbə Bələdiyyə sədri Anar Hüseynli məzunlara təbriklərini çatdırdılar. Tədbirə dəvət olunmuş qonaqlar arasında məktəbi 50 il bundan öncə bitirmiş məzunlar, məktəbin təqaüdçü müəllimləri Mehriban Əliyeva, Cəfər Kazımov və ömrünü kəndin ictimai işlərinə həsr etmiş Dilşad Sadıqova da var idi. Tədbirdə məzunlar hazırladıqları musiqili nömrələri nümayiş etdirdilər. Sonda “Biliklərin açarı” məktəbin Xəzər rayonu üzrə ən yüksək buraxılış imtahan balı toplamış məzunu Əminə Əliyeva tərəfindən X sinif şagirdi, məktəb əlaçısı Həsənova Mədinəyə təhvil verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi