28 May Müstəqillik Gününə həsr olunmuş volleybol yarışı keçirildi

    Məktəbdə volleybol idman növü üzrə 28 May Müstəqillik Gününə həsr olunmuş yarış keçirildi. Turnirdə 4 məktəbin - 120, 216, 323, 256 nömrəli tam orta məktəblərin qızlardan ibarət volleybol komandaları iştirak edirdi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun komandamızın qələbəsi ilə başa çatdı. İştirakçıları maraqlı oyuna görə təbrik edən məktəbin direktoru Nazilə Məmmədova komandaları "Fəxri Fərman"larla təltif etdi:

    1-ci yer 120 nömrəli tam orta məktəb

    2-ci yer 216 nömrəli tam orta məktəb

    3-cü yer 323 nömrəli tam orta məktəb tutduğuna görə, 256 nömrəli tam orta məktəb isə fəal iştirakına görə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi