28 May Müstəqillik Günü ilə əlaqədar təlim keçirdi

    28 May Müstəqillik Günü ilə əlaqədar məktəbdə keçirilən tədbirlər çərçivəsində məktəbin hərbi rəhbəri Azər Sadıqov 10-cu sinif şagirdləri ilə təlim keçirdi. Təlimdə Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin hərbi rəhbəri və şagirdləri də iştirak edirdi. Təlim zamanı bir neçə profil üzrə təlim nöqtələri təşkil olunmuşdur: pnevmatik silahdan atış nöqtəsində 101 nömrəli tam orta məktəbin şagirdləri öz bacarıqlarını nümayiş etdirdilər.

Digər təlim nöqtələrində (minatəmizləmə, tankəleyhinə atıcılıq, kimyəvi silahlardan müdafiə və s.) isə məktəbimizin şagirdləri qazandıqları hərbi bilikləri müvəffəqiyyətlə nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi