ANAMA-ya məktubla müraciət

    Bu gün Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin 6B sinif şagirdləri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində daha bir ideya təqdim etdilər. Onlar Mina Təmizləmə Agentliyinin əməkdaşlarına "Yaşıl məktub"lar yazdılar. Şagirdlər məktublarını agentliyin əməkdəşlarına çatdırmaq üçün məktəb rəhbərliyinə müraciət etdilər. Direktor Nazilə Məmmədova onlara bu işdə kömək edəcəyinə və məktubları ünvana çatdıracağına söz verdi. Şagirdlər direktoru yazdıqları məktubların məzmunu ilə tanış etdilər. Rəhbərlik bu ideyanı və məktubların məzmununu maraqla qarşılayaraq uşaqlara və müəllimlərə təşəkkürünü bildirdi.

    Millətin ruhu dövlətin qüdrətinin ifadəsidir. Qarabağda aparılan quruculuq işləri, bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması və məktəblilərin məhz ANAMA-ya məktubla müraciət etməsi bunun bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi