Şagirdlər üçün “Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib

        Məktəbdə ayrı-ayrı siniflər üzrə “Bullinq” mövzusunda seminarlar keçirilib.

      Tərbiyə işləri üzrə direktor müavin (təşkilatçı) Anar Miriyev, məktəb psixoloqu Ofelya, müəllim və şagirdlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi  təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarların əsas hədəflərindəndir.

    Təhsil Nazirliyi tərəfindən başlanmış “Mənimlə danış” kampaniyası çərçivəsində təşkil olunan seminarlarda məktəbdə sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması,  məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və  bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verilib. 

       Məktəbdə sağlam və səmərəli mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.Seminarlar məktəbdə mütəmadi davam etdiriləcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi