Şagirdlər narkomaniyaya qarşı maarifləndirilir

Məktəbdə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsi davam etdirilir. Həftə ərzində məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Kazımlı tərəfindən siniflərdə şagirdlərə narkomaniyanın insanın sağlamlığına, ailəsinə, ətrafına ümumilikdə həyatına vurduğu geridönməz zərərləri, bu bəşəri bəladan hər zaman uzaq olmağın vacibliyi barəsində məlumatlar təqdim edilib.