"Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbir

"Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir 16.05.2025-ci il tarixində məktəbin konfrans zalında keçirilib. Məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Kazımlı tərəfindən təşkil olunan tədbir 7-ci sinif şagirdləri və onların valideynlərinin komandalar şəklində yarışması formatında baş tutub. Yarışda məktəb rəhbərliyi və sinif rəhbərləri də iştirak ediblər. "Kod adı: Ailə" adlı yarışda müxtəlif mövzular üzrə suallar təqdim olunub, eyni zamanda bir neçə tapşırıq da komandalar tərəfindən icra edilib. Tədbir həmçinin Beynəlxalq Ailə Gününə həsr olunmuşdur. Yekunda ailələrə xüsusi ailə qəzeti təqdim olunub.