“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib

        Məktəbdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev və məktəbin kimya fənn müəllimi Paşayeva Tamellanın birgə rəhbərliyi ilə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda maarifləndirici tədbir, dəyirmi masa keçirilib.

         Direktor müavini Anar Miriyev, kimya fənn müəllimi Paşayeva Tamella tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasından irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında məlumat veriblər.Plastik tullantıların ətraf mühitə mənfi təsiri nəzərə alınaraq bu sahədə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət aparıldığını bildirib.

       Şagirdlər  “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda təqdimatla çıxış ediblər.Maraqli müzakirə mühitində keçən tədbirdə şagirdlər arasında sorğu keçirilib və sorğunun nəticələri müzakirə edilib.Şagirdlər divar qəzeti hazırlayıb.Həmçinin silsilə tədbirlər çərçivəsində məktəb üzrə sorğu, maarifləndirmə tədbirləri davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi