Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib

   Məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib. Tədbirin aparıcısı Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Məmmədova məclisi açaraq klassik ədəbi irs zəminində yetişən ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından, əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsindən, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynamasından danışıb.

    Cəfər Cabbarlının həyat və yaradıcılığından  məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz məktəbin şagirdlərinə verilib. Məktəblilər ədibin "Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına”, "Məhəbbət aləmi qəmdir”, "Azad bir quşdum”, "Dan ulduzu” şeirlərini onun sözlərinə bəstələnmiş musiqi sədaları altında söyləyiblər.

Tədbirin sonunda məktəbin direktor müavini Anar Miriyev çıxış edərək dövlətimizin Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, ölkə prezidentinin yazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olmasından bəhs edib, tədbirə görə müəllim və şagirdlərə təşəkkür edib.

    Yubiley tədbirləri çərçivəsində həmçinin divar qəzeti hazırlanmış, X - XI sinif şagirdləri arasında “Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi kimi” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

    Bununla yanaşı məktəbin tarix fənn müəllimi Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə 11 “A” sinfində təşkilat saatı keçirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi