Narkomaniya uçuruma aparan yoldur

    Narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün “Dövlət Proqramı” icra olunmaqdadır.

    Məktəbdə də mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər keçirilir, şagirdlərə narkomaniya və narkotik vasitələrin ziyanları barədə ətraflı məlumatlar verilir. Məktəbdə təşkil olunan növbəti belə tədbirdə “Narkomaniya uçuruma aparan yoldur” mövzusunda söhbətlər aparılmış, seminar keçirilmiş, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur. Tədbir narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə keçirilmişdir. Məruzə ilə çıxış edən Biologiya müəllimi Solmaz Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev bildirdilər ki, narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir və ona görə də hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır. Şagirdlər də mövzu üzrə öz fikirləri ilə çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi