Pedaqoji Şura iclası keçirildi

         Noyabrın 20 - də məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, ibtidai siniflər üzrə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, məktəbin psixoloqu, kitabxana müdiri və müəllimlər iştirak etdilər.
        Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Rahim Novruzovun çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopteri faciəsində həlak olan və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    İclasda məktəbəhazırlıq qruplarının vəziyyəti, 2019-2020 - ci dərs ilində məktəbdə IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarına hazırlığı, məktəbin payız - qış mövsümünə hazırlıq vəziyyəti, kitabxana fondunun vəziyyəti, şagirdlərin kontingentdən çıxarılması, şagirdlərin təlim -tərbiyə məsələləri, məktəbdə sosial - psixoloji mühit və digər cari məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin kitabxana müdiri və psixoloqu da öz məruzələri ilə çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi