“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya
Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşmaya əsasən Bakı şəhərindəki ümumtəhsil məktəblərinin şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur. Məqsəd məktəblilərin Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etmələrinə nail olmaqdır.
16 noyabr 2019 - cu il tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Mirzəmmədova və fiziki tərbiyə müəllimi Tamilla Sultanovanın rəhbərliyi ilə 8”D” və 6"B" sinif şagirdləri də ekskursiyalara qatılan məktəblilər arasında olublar.
Təşkil edilən ekskursiyada şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, Qoşa Qala Qapıları, qala divarlarının tarixi, və digər abidələrin ilkin memarlıq üslubu haqqında məlumat verilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.