“Breyn-Rinq” intellektual yarışması keçirilib

    14 noyabrda məktəbdə “Məktəblinin Dostu” layihəsi və 12 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Breyn-Rinq” intellektual yarışması keçirilib. Məktəbin VIII - IX sinif şagirdləri arasında gərgin mübarizə şəraitində keçən bilik yarışında hər biri altı nəfərdən ibarət 8 komanda iştirak etmişdir. Bütün rəqiblərdən üstün olan “Zəfər” komandası oyunun qalibi olmuşdur. “Qarabağ” komandası 2-ci, ”Zirvə” komandası 3-cü yeri tutmuşdur. Qaliblərə sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini artırmaq, dünyagörüşünü formalaşdırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi