"Sağlam qida" sərgisi

      Noyabr 14 - də 4 "D" sinfində məktəbin ibtidai sinif müəllimi Mətanət Alməmmədovanın təşkilatçılığı ilə  "Sağlam Təhsil - Sağlam Millət" təhsil layihəsi çərçivəsində layihənin fəaliyyət planına uyğun olaraq "Sağlam qida" sərgisi keçirildi. İlkin mərhələdə şagirdlər tərəfindən yüngül başa gələn və təhlükəsizlik baxımından uyğun olan yeməklər hazırlandı. Komandalar sərgidə şagirdlər çox fəal iştirak etdilər.

    "Sağlam qida" sərgisində məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev və "Məktəblinin dostu" layihəsinin nümayəndələri iştirak etdilər. Sonda müəyyən edilmiş meyarlar üzrə yəni, gigiyena normaları, gözəllik və səliqə, ləziz və kreativ yanaşmaya görə qalib komanda elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi