12 Noyabr - Konstitusiya Günü qeyd olunub

    Azərbaycan dövlətçiliyi və xalqı üçün müstəsna əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Belə ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Respublikamızın hər yerində olduğu kimi, məktəbdə də 12 Noyabr - Konstitusiya Günü qeyd olunub.
    Məktəbin tarix fənn müəllimləri siniflərdə çıxış edərək, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb edən, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıblar,onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıblar. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul olunduğunu qeyd edən müəllimlər çıxışlarında ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, həmçinin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıblar.

    Məktəbdə həmçinin şagirdlər tərəfindən hazırlanmış divar qəzetləri də nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi