Dalğalan üçrəngli bayrağım
Hər bir dövlətin bayrağı onun kimliyini, mədəniyyətini, dilini, dinini, mənəvi əxlaqını və milli ideologiyasını ifadə edir. Bayraq günü məktəbdə xüsusi sevinc və qürur hissi ilə qeyd edilir. Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlərin və açıq dərslərin keçirilməsi davam edir.
08.11.2019 - cu il tarixdə məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Mehriban Hüseynovanın təşkilatçılığı ilə "Dalğalan üçrəngli bayrağım" mövzusunda açıq dərs keçirildi. Açıq dərs bir qayda olaraq Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı. Şagirdlər vətən mövzusunda hazırladıqları şeir, mahnı və təqdimatlarla çıxış etdilər. Sonda bayraq gününə həsr olunmuş videoçarx nümayiş etdirildi və şagirdlərin hazırladıqları divar qəzeti təqdim edildi.