Bayraq milli qürurumuzdur
Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bu günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Məktəbdə də 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə bir sıra tədbirlər keçirilmişdir.
Bu tədbirlərdən biri də məktəbin konfrans zalında “Bayraq milli qürurumuzdur” adı altında keçirilmişdir. Məktəbin musiqi müəllimi Könül Zeynalovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim – tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, UBR Ətlas Rəhimova, müəllimlər və şagirdlər ilə yanaşı valideynlər də iştirak etdilər. Tədbir məktəblilərin bayraq günü ilə bağlı çıxışları, hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, milli rəqs nömrələri və mahnılarla davam etdi.Tədbirin sonunda məktəbin direktor müavinləri çıxış edərək, tədbiri hazırlayan müəllimlərə və fəal iştirak edən şagirdlərə öz təşəkkürlərini bildirdilər. Onlar bayrağımızın yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan, şagirdlərdə vətənə, bayrağa olan vətənpərvərlik hissindən danışdılar, bayrağımızın gələn il işğal olunmuş torpaqlarda sancılması ümidi ilə öz fikirlərinə yekun vurdular. Tədbir müəllimlər, valideynlər və şagirdlər tərəfindən böyük maraqla izlənildi.