“Məmməd Cəfər Cəfərov və ədəbi tənqid” mövzusunda dəyirmi masa

    5 noyabr 2019 – cu il tarixdə məktəbdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev və Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Namazova Gülarənin təşkilatçılığı ilə məktəbin konfrans zalında Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas və tənqidçi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan “Məmməd Cəfər Cəfərov və ədəbi tənqid” mövzusunda dəyirmi masa və təqdimat keçirilib.

    Tədbiri direktor müavini Anar Miriyev açaraq tədbirin  Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Daha sonra Namazova Gülarə çıxış edərək akademik Məmməd Cəfər Cəfərovun həyatı, yaradıcılığı, əsərləri, kitabları mükafatları və müəllifi olduğu dərsliklər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

    Dəyirmi masada gənc nəslin maarifləndirilməsi məqsədilə Məmməd Cəfər Cəfərovun elmi və ictimai fəaliyyəti haqqında müzakirələr edildi. Şagirdlərin ifasında akademikin müəllifi olduğu bir neçə oçerk dinlənildi. Şagirdlər tərəfindən görkəmli ədəbiyyatşünasın həyat və yaradıcılığından bəhs edən divar qəzeti təqdim olundu.

    Sonda məktəbin direktoru Rahim Novruzov çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunmasında əziyyəti keçən hamıya öz təşəkkürünü bildirdi və belə tədbirlərin, görkəmli şəxsiyyətlərin yaradıcılıq gecələrinin və yubileylərinin qeyd olunmasının gənc nəslin maarifləndirilməsində böyük rol oynadığını qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi