Uşaq hüquqları aylığı

    20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyevanın təşkilatçılığı ilə 4"C" sinfində "Açıq dərs" təşkil olundu. Dərsdə tərbiyə işləri üzrə direktor müavini və "Məktəblinin dostu" layihəsinin nümayəndəsi iştirak etdi.

    Müəllim şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdi. Ardınca bu mövzuda hazırlanmış videoçarx nümayiş olundu. Diskussiya şəklində təşkil olunmuş dərs uşaqlarda daha da maraq oyatdı. Sonda şagirdlərin sualları cavablandırıldı.

    “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi