Məktəb – müəllim – valideyn münasibətləri
Gənc nəslin təlim – tərbiyəsi daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu məqsədlə məktəbdə mütəmadi olaraq məktəb – müəllim – valideyn münasibətləri istiqamətində iclaslar təşkil edilir.
25.10.2019 – cu il tarixdə məktəbin konfrans zalında IX sinif şagirdlərinin iştirakı ilə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Rahim Novruzov, təlim – tərbiyə işləri üzrə direktor müavini və valideynlər iştirak etdilər. IX sinif şagirdlərinin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələr, şagirdlərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə edildi. Valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.