“Azərbaycan ədədbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin məktəb mərhələsi keçirildi
Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019 - cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında 2019 - cu il Nəsimi ili" elan edilmişdir. Bu münasibətlə məktəbdə bir sıra tədbirlər, rəsm sərgiləri və şeir müsabiqələri həyata keçirilmişdir.
25.10.2019 – cu il tarixdə məktəbin konfrans zalında IX – XI sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan ədədbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Müsabiqədə məktəbin direktoru, ədəbiyyat və tarix fənn müəllimləri, tərbiyə işləri üzrə direktor müavini, UBR və şagirdlər iştirak etdilər. Şagirdlər Nəsimi irsi haqqında hazırladıqları təqdimatları ilə çıxış etdilər. Məktəb rəhbərliyinin və müəllimlərin rəylərinə əsasən üç nəfər növbəti mərhələdə iştirak etmək hüququ əldə etmişdir.