Peşə seçimində gənclərə dəstək
24.10.2019 - cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəbin konfrans zalında 7, 8, 9 - cu sinif şagirdləri, onların valideynləri, Uşaq Birliyi Rəhbəri, tərbiyə işləri üzrə direktor müavini və məktəb psixoloqunun iştirakı ilə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin təhsildən əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə peşə yönümü məsləhətləri ilə bağlı tədbir keçirildi. Təlimçi tərəfindən şagirdlərə peşə seçimi mövzusunda suallar ünvanlandı. Qarşılıqlı diskusiya şəklində keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı, peşə seçimi ilə bağlı məsləhətlər verildi.