Müstəqilliyimiz əbədi və dönməzdir!
18.10.2019 - cu il tarixdə mektəbdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimovanın rəhbərliyi ilə 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət divar qəzetləri təşkil olunmuşdur. Bundan başqa “Müstəqilliyimiz əbədi və dönməzdir!” mövzusunda şagirdlər arasında inşa –yazı müsabiqəsi keçirilmişdir.
Həmin tədbirlər çərçivəsində məktəbin konfrans zalında tarix fənn müəllimi Aynur Rəhimovanın təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə mektəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbirdə məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılar dinlənildi, mövzu ilə bağlı video çarxlar izlənildi. Sonda terbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Anar Miriyev çıxış etdi, maraqlı və gözəl tədbirə görə Aynur müəllimə və şagirdlərə təşəkkür etdi.