Belnəlxalq Müəllimlər Gününə həsr olunmuş ədəbi - bədii tədbir

        Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Heydər Əliyev.

        4 oktyabr 2019 - cu il tarixdə məktəbin konfrans zalında ibtidai sinif müəllimi Mehriban Ağayevanın təşkilatçılığı ilə 4 "B" sinif şagirdlərinin 5 oktyabr Belnəlxalq Müəllimlər Gününə həsr olunmuş ədəbi - bədii tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini və müəllimlər iştirak etdilər. Bayram tədbiri şagirdlərin ifasında müəllimin cəmiyyətdə, şagirdlərin formalaşmasında göstərdiyi xidmətlərdən bəhs edən dəyərli sözlərlə başladı. Şagirdlərin təqdimatında bir - birindən gözəl şeirlər, musiqilər və rəqslərin ifa edilməsi tədbiri daha da canlandırdı. Tədbirin gedişində məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Mehriban Hüseynovanın təşəbbüsı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarx təqdim edildi. Sonda məktəbin direktoru tədbirin hazırlanmasında əziyyəti keçən hamıya öz təşəkkürünü bildirdi və pedaqoji heyəti peşə bayramı münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi