"İnklüziv sinifdə təlimin təşkili" mövzusunda ixtisasartırma təlimi
9 sentyabr 2019 - cu il tarixdən Bakı şəhəri Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNİCEF Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində məktəbin ibtidai sinif müəllimləri üçün "İnklüziv sinifdə təlimin təşkili" mövzusunda 6 gün müddətində, hər gün 6 akademik saat olmaqla ixtisasartırma təliminin keçirilməsi davam edir.
İnklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaradılması və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsidir.
İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib.