"Yay məktəbi"nin II mərhələsi başa çatıb
Avqustun 30 - da Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə təşkil olunan “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəbin V - VIII sinif şagirdləri arasında reallaşdırılmış "Yay məktəbi"nin II mərhələsi başa çatıb. Şagirdlər bu müddət ərzində təlim, seminar, ekskursiya və idman yarışlarında iştirak ediblər.
“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli və intellektual proqramlar təşkil etməklə uşaarın yay tətili günlərinin səmərəli keçirilməsini təmin etməkdən ibarətdir.