Şagirdlərin yay ekskursiyaları

    Şagirdlərin asudə vaxtının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi üçün dərs olmayan zamanlarda yəni, yay tətili vaxtı Bakı şəhəri üzrə bir neçə məktəbdə "Yay məktəbi" fəaliyyət göstərir. Belə məktəblərdən biri də, Nizami rayonunda fəaliyyət göstərən Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdir.

   Məktəbin V - VIII sinif şagirdləri yay istirahətini yoldaşları ilə həm maraqlı keçirmək, həm də yeni biliklər əldə etmək üçün yay məktəblərində iştirak edirlər. Şagirdlər keçirilən təlim, seminar və intellektual oyunlarda müəyyən yeniliklərlə tanış olur, yeni bilik və bacarıqlara yiyələnirlər. Bundan başqa şagirdlərin Azərbaycanın görməli yerlərinə və tarixi - mədəniyyət abidələrinə mütəmadi olaraq ekskursiyaları təşkil olunur. Bununla da şagirdlər asudə vaxtlarını dəyərləndirmiş olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi