Şamaxı şəhərinə ekskursiya
İyulun 1 - də Azərbaycanda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində çalışan pedaqoji heyətin məzuniyyət günləri başlayıb. Müəllimlər 2018 - 2019 - cu tədris ilini uğurla başa vurub məzuniyyətə yollandılar.
Tətil günlərini dəyərləndirmək və öz müəllim yoldaşları ilə daha gözəl vaxt keçirmək məqsədi ilə məktəbin ibtidai sinif müəllimləri Şamaxı şəhərinə ekskursiya etdilər. 2018 - 2019 - cu dərs ilinin ağır günlərini geridə qoyan müəllimlər bu ekskursiyada bütün yorğunluqlarını çıxardılar və gözəl istirahət etdilər.