Tədris ilinin yekunlarına dair Pedaqoji Şura keçirildi

    27 iyun 2019 - cu il tarixdə məktəbin Akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda məktəbin pedaqoji heyəti və rəhbərlik iştirak etdi. Pedaqoji Şurada 2018 - 2019 - cu tədris ilinin II yarımili və yekunları, sinifdən - sinfə keçmənin vəziyyəti və biliyi qiymətləndirilməyən şagirdlər haqqında məlumatlar müəllimlərin nəzərinə çatdırıldı. Bundan başqa IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr, fənlər üzrə məktəbin şagirdlərinin əldə etdikləri uğurlar barədə də pedaqoji heyətə geniş məlumat verildi.
    İclasın sonunda şagirdlərin təlim - tərbiyəsində səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər və təqaüdə çıxan müəllimlər xüsusi hədiyyələr və Fəxri Fərmanla təltif olundular. Sonda məktəbin direktoru Rahim Novruzov müəllimlərə xoş istirahət arzuladı və 2018 - 2019 - cu tədris ilinə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi