Azərbaycanın füsunkar guşələrinə ekskursiya
Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların istirahətinin təşkil edilməsi daim müəllimlər tərəfindən diqqət mərkəzində saxlanılır.
İyunun 15 - də yay tətilinin başlaması və 2018 - 2019 - cu tədris ilinin yekunlaşması ilə əlaqədar olaraq texnologiya və təsviri incəsənət fənn müəllimi Xuraman Əzizovanın təşkilatçılığı ilə 5"A" sinif şagirdlərinin və onların valideynlərinin Azərbaycanın səfalı və füsunkar guşələrindən biri olan Quba şəhərinə ekskursiyası baş tutdu. Şagirdlər yolboyu vətənpərvərlik mövzusunda bir - birindən maraqlı şeirlər və musiqilər ifa etdilər. Şagirdlərə ekskursiya zamanı Qubanın təbiəti, əhalisi və tarixi barədə geniş məlumat verildi. Bundan başqa şagirdlər Qubada yerləşən ən məşhur dağlar və göllərlə də tanış olmaq imkanı əldə etdilər. Şagirdlərin istirahətinin daha da gözəl keçirilməsini təmin etmək məqsədi ilə müxtəlif əyləncəli oyunlar təşkil edildi. Uşaqların musiqi ifa edərək rəqslər etməsi isə bu günü daha da yaddaqalan etdi.