Milli Qurtuluş Günü
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. (Heydər Əliyev)
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də vətənin ağır günlərində Azərbaycan xalqının təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Bu gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulmuş və ölkəmiz sosial-iqtisadi böhrandan xilas olmuşdur. Bütün bunların nəticəsi olaraq Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlamışdır.