Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı

     İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

   Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

  Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak edib.

   1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olun festivalda məktəbin şagirdləri də çox böyük sevinclə iştirak etdilər. Uşaqlar onlar üçün yaradılmış xüsusi guşələrdə öz vaxtlarını səmərəli və asudə keçirmək, həmçinin bayramı öz həmyaşıdları ilə birgə keçirmək imkanı əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi