"Milli - mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans

    Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
    (Heydər Əliyev)

    Hər bir xalqın ən qiymətli sərvətlərindən biri də onun milli - mənəvi dəyərləridir. Azərbaycan xalqının milli - mənəvi dəyərləri onun tarixi, mədəniyyəti, dini, dili, adət - ənənələri, ədəbiyyatı və incəsənətidir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan 
    Azərbaycan xalqı adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.

Məktəbin tarix fənn müəllimi Hicran Məmmədovanın təşkilatçılığı ilə konfrans zalında "Milli - mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), uşaq birliyi rəhbəri (UBR), tarix müəllimləri və VIII - IX sinif şagirdləri iştirak etdilər. Hicran Məmmədova milli - mənəvi dəyərlər mövzusunda məruzə ilə çıxış etdi. Sonra şagirdlər bu mövzuda hazırladıqları təqdimatları yoldaşları ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi