İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar məktəbdə görülmüş işlər

    Prezident İlham Əliyevin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən məktəbdə 2018 - 2019 - cu tədris ilində bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və yaradıcılığı haqqında şagirdlərin məlumatlandırılması məqsədi ilə "Dəyirmi masa", "Açıq dərs" və rəsm sərgiləri təşkil edilmişdir.

    Məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nailə Zeynalovanın təşkilatçılığı ilə konfrans zalında "Məndə sığar iki cahan, mən bu cahanə sığmazam" adlı Dəyirmi masa keçirildi. "Dəyirmi masa"da tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), Uşaq Birliyi Rəhbəri (UBR), ədəbiyyat və tarix müəllimləri və VII - VIII sinif şagirdləri iştirak etdilər. Nailə Zeynalova şagirdlərə İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumat verdi. Daha sonra İ.Nəsiminin yaradıcılığından bəhs edən videomaterial nümayiş etdirildi və şagirdlər hazırladıqları təqdimatları ilə çıxış etdilər. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi