1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş ekskursiya

    Məktəblilərin bayram günlərini daha da yadda qalan və faydalı keçirmələrini təmin etmək məqsədi ilə müəllimlər tərəfindən mütəmadi olaraq Azərbaycanın görməli yerlərinə və tarixi - mədəniyyət abidələrinə ekskursiyalar təşkil edilir. Bu ekskursiyalar zamanı şagirdlər həmin yerlərin tarixi, təbiəti və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanırlar. Eyni zamanda tur bələdçiləri tərəfindən ekskursiya zamanı olduqları yerlərin tarixi barədə məlumatları diqqətlə dinləyir və həmin yerlərdə şəkillər çəkdirirlər. Ele buna görə də ekskursiyaların Azərbaycan tarixinin öyrənilməsində və şagirdlərin dünyagörüşünün artmasında olduqca böyük rolu var.

    İyunun 2 - də Azərbaycanın füsunkar təbiətini, qədim tarixi - mədəniyyət abidələrini və muzeyləri haqqında gəzərək öyrənmək məqsədi ilə məktəbin ingilis dili müəllimi Yeganə Hacıyevanın təşkilatçılığı ilə 7"B" sinif şagirdlərinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş ekskursiyası baş tutdu. Ekskursiyada şagirdlər Quba rayonunun görməli yerləri, tarixi və mədəniyyət abidələri ilə yaxından tanış oldular. Bundan başqa şagirdlər istirahət mərkəzlərindən birində oynayıb, əyləndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi