Uşaqlar bizim gələcəyimizdir

    Uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Uşaqlara yalnız ilin bir günü deyil, bütün günləri valideynləri, müəllimləri tərəfindən böyük diqqət və qayğı göstərilməlidir.

      1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə məktəbdə bir sıra tədbirlər həyata keçirildi.

    Mayın 31 - də məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri və ibtidai sinif müəllimi Mehriban Hüseynovanın rəhbərliyi ilə 1"A" sinif şagirdlərinin bayram tədbiri təşkil olundu. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında başladı. Müəllim uşaqların sağlam və firavan yaşamaları üçün dövlət başçısının yaratdığı şərait barədə onlara geniş məlumat verdi. Ardınca balaca fidanların təqdimatında şeir, musiqi və rəqslər ifa edildi. Şagirdlərin ifasında milli və hind rəqslərinin təqdim edilməsi tədbiri daha da canlandırdı. Sonda Təhsil Nazirliyi və Tədris Resursları Mərkəzinin birgə hazırladığı layihənin ilk birinciləri diplomla təltif edildi. Ardınca şagirdlər əllərindəki şarları havaya uçurmaq üçün məktəbin həyətinə endilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi