1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların hüquqlarının təmin edilməsi haqqında olan bəyənnamədə belə deyilir: "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin".
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. (Heydər Əliyev)
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
Mayın 31 - də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə məktəbin ibtidai sinif müəllimi Məlahət Kərimovanın təşkilatçılığı ilə 1"B" sinif şagirdlərinin bayram tədbiri keçirildi. Bayram tədbiri şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca birincilər bir - birindən maraqlı şeirlər, musiqilər və rəqslər təqdim etdilər. Şagirdlərin sevincinin hədd - hüdudu yox idi. Sonda şagirdlər təhsil aldıqları sinif otagından məktəbin himninin sədaları altında pilləkənlərlə məktəbin həyətinə endilər və əllərindəki müxtəlif rəngli şarları səmaya uçurdular.