Valideynin məktəbdə bir günü

Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin 15.01.2019 – cu il tarixli F – 18 № - li əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planını və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.01.2019 – cu il tarixli F – 65 № - li əmrini əsas tutaraq məktəb üzrə hazrlanmış tədbirlər planına əsasən məktəbin bütün siniflərindən valideynlərin iştirakı ilə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdir.

Valideynlər məktəbin sinif otaqları, Akt və konfrans zalı, müəllimlər otağı, laboratoriyaları, idman zalı, yeməkxana, həkim və psixoloq otaqları, tarix, linqafon, biologiya, informatika otaqları ilə yaxından tanış oldular.

Dərs zamanı siniflərə daxil olaraq dərsin gedişinə baxdılar. Ədəbiyyat,  tarix, riyaziyyat, ingilis dili, biologiya kabinetləri ilə yaxından tanış oldular. Sonra valideynlər məktəbin direktoru Rahim Novruzovun iş otağına daxil oldular və məktəb haqqında valideynlərə ümumi məlumat verdi.

Məktəbin uğurlarından, olimpiadada yer tutan şagirdlərdən, ölkədə gedən təhsil islahatlarından hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gedən quruculuq işlərindən, beynəlxalq aləmdə ölkəmizin nüfuzundan, qazandığı uğurlardan söhbət açdı.

Valideynlər məktəbin “Sağlam təhsil” sinifləri ilə tanış oldular. Sonra valideynlər Akt zalında məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş özfəaliyyət qrupunun iştirakı ilə konsertə dəvət olundular. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Qızılgül Bağıyeva, UBR Ətlas Rəhimova və müəllimlər iştirak etdilər. Konsert proqramı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin ifasında bir – birindən gözəl musiqi və rəqs nümunələri təqdim olundu. Məktəbin V sinif şagirdlərinin ifasında Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından İsgəndərin Nüşabə ilə görüşü və rusiyalı canişinlə Natəvan xanımın görüş səhnələri canlandırıldı. Bu səhnə valideynlər və məktəb rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılandı. Ardınca 7 E sinif şagirdləri “Ləzginka” rəqsini ifa etdilər. Konsert proqramının sonunda tədbir iştirakçıları “Yallı” rəqsinin sədaları altında səhnəyə çıxdılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi