Qobustan Dövlət Tarixi - Bədii Qoruğuna ekskursiya
Ekskursiyaların şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsində və biliklərinin daha da möhkəmləndirilməsində böyük rolu var. Elə bu məqsədlə də ibtidai siniflərdə keçirilən dərsin mövzusuna uyğun olaraq şagirdlərin həmin ünvanlara ekskursiyaları təşkil olunur.
Mayın 26 - da məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın təşkilatçılığı ilə 3"B" sinif şagirdlərinin Azərbaycan dövlətinin qədim dövrlərdən bu günədək tarixini özündə əks etdirən Qobustan Dövlət Tarixi - Bədii Qoruğuna ekskursiyası baş tutdu. Şagirdlər açıq səma altında yaradılmış qoruqda qədim insanların həyat və məişəti ilə bağlı faktları özündə cəmləşdirən qayaüstü rəsmlərlə tanış oldular. Muzeyin bələdçisi muzeydə saxlanılan eksponatlar, tarixi mədəniyyət nümunələri barədə şagirdlərə geniş məlumat verdi.