Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 - ci ildönümü
Şərqdə ilk demokratik, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür. 1918 - ci il mayın 28 də yaranmış respublikanın il dönümü hər il dövlət səviyyəsində təntənə ilə qeyd edilir.
Azərbaycan Respublikasının yaranmasının ildönümü münasibəti ilə məktəbdə bayram tədbirləri, "Açıq dərs"lər və "Dəyirmi masa"lar təşkil olunmuşdur.
Belə tədbirlərdən biri də, məktəbin ibtidai sinif müəllimi Güşvər Rəhimovanın təşkilatçılığı ilə 4"a" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə və tərbiyə işləri üzrə direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləmməsi ilə başladı. Ardınca tədbirin aparıcıları qonaqları salamladı və bayram münasibəti ilə dinləyiciləri təbrik etdilər. Sonra respublikamız, xalqımız üçün əlamətdar olan bu günün tarixi barədə qonaqlara geniş məlumat verdilər. Bayram tədbiri şagirdlərin təqdimatında rəqslər, musiqilər və vətənpərvərlik ruhunda yazılmış şeirlərin səsləndirilməsi ilə davam etdi. Şagirdlərin ifasında hazırlanmış xüsusi rəqs nömrəsi qonaqlarda xoş əhvali - ruhiyyə yaratdı. Tədbir musiqi sədaları altında yekunlaşdı. Sonda məktəbin direktoru tədbirin hazırlanmasında əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirdi.