Məktəbin atributlarının təqdimetmə mərasimi
Mayın 24 - də məktəbin Akt zalında tarix fənn müəllimi Şövqiyyə Əliyevanın təşkilatçılığı ilə 1974 – cü ildən bu günədək fəaliyyət göstərən məktəbin şagirdlər tərəfindən hazırlanmış rəmzlərinin təqdimetmə mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə akademik, neftçi alim, Qəzənfər Məmmədov fəxri qonaq kimi çıxış etdi.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və himnin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı şagirdlərin müşayiəti ilə səhnəyə gətirildi. Ardınca tədbirin təşkilatçısı və aparıcısı Şövqiyyə Əliyeva tədbir iştirakçılarını və qonaqları salamladı. Daha sonra məktəbin atributları qonaqlara təqdim edildi. Məktəbin himni şagirdlərin ifasında səsləndirildi. Şagirdlərin ifasında elm, təhsil və vətənpərvərlik ruhunda yazılmış şeirlər və musiqilər ifa edildi.
Tədbirin gedişində məktəbin ən qocaman valideynlərindən olan akademik, neftçi alim, jurnalist Qəzənfər Məmmədova söz verildi. O, bu məktəb barədə xatirələrini tədbiri izləyənlərlə bölüşdü.
Sonda şagirdlərin ifasında musiqi sədaları altında tədbir yekunlaşdı.