Azərbaycanın dövlət rəmzləri

    Məktəbdə həyata keçiriləcək işlərin icrası ilə əlaqədar olaraq may ayının 22 - də məktəbin tarix fənn müəllimi Aynur Rəhimovanın təşkilatçılığı ilə konfrans zalında "Azərbaycan Respublikasının dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti, Azərbaycan dövlətinin bayraqları və digər rəmzləri" mövzusunda dəyirmi masa keçirildi.

    Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini, UBR, tarix müəllimləri və VII - VIII sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Azərbaycan Rəspublikasının suverenliyinin rəmzi olan Dövlət Bayrağı şagirdlərin müşayiəti ilə zala gətirildi.

    Tədbiri giriş sözü ilə açan Aynur Rəhimova tədbir iştirakçılarını salamladı. Sonra Azərbaycanın dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himninin yaranma tarixi, mahiyyəti və ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dövlət rəmzləri barədə söylədiklər dəyərli fikirlər barədə şagirdləri məlumatlandırdı. Müstəqil Azərbaycan dövlətinin mövcud olduğu ilk dövrlərdən bu günə qədər olan qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyyətlər və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan dövlətinin qurucusu, banisi dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri barədə məruzə etdi.

    Bundan başqa şagirdlər də, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında hazırladıqları təqdimatları yoldaşları ilə bölüşdülər. Sonda mövzunu şagirdlərin nə dərəcədə mənimsəməsini yoxlamaq məqsədi ilə şagirdlərə suallar ünvanlandı. Həmçinin şagirdlərə də şərait yaradıldı ki, onları maraqlandıran sualların cavablarını öyrənsinlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi