Beynəlxalq Muzeylər Günü

    Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Gününün keçirilməsində əsas məqsəd muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.

    Beynəlxalq Muzeylər Günü ilə əlaqədar məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri və 1"A" sinif rəhbəri Mehriban Hüseynovanın təşkilatçılığı ilə şagirdlərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “Şirvanşahlar Sarayı Kompleksi”nə, dünyada yeganə - Bakı şəhərin mərkəzində -İçəri Şəhərdə yerləşən "Miniatür kitab muzeyi"nə və "Azərbaycan Milli İncəsənət Muzeyi"nə ekskursiyası baş tutdu. Bir - birindən maqraqlı tarixi mədəniyyət nümunələri və miniatür kitablar şagirdlərin marağına səbəb oldu. Muzeyin bələdçisi şagirdlərə bu günün tarixi və muzeydə sərgilənən eksponatlar barədə geniş məlumat verdi. Sonda xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi