"Milli - mədəni dəyərlərimiz" mövzusunda "Açıq dərs"
Mayın 17 - də məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın sinif rəhbəri olduğu 3"B" sinfində Həyat bilgisi fənnindən "Milli - mədəni dəyərlərimiz" mövzusunda "Açıq dərs" keçirildi. Şagirdlər dərsdə Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan milli - mənəvi dəyərlərin təbliği və tarixi barədə təqdimatları ilə çıxış etdilər. Şagirdlər fərdi və qrup şəklində çox fəal iştirak etdilər.