"Həq mənəm, həq məndədir, həq söylərəm" adlı bədii qiraət müsabiqəsi

    Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

    Bir daha nəzərinizə çatdıraq ki, 2019 - cu il İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasında "Nəsimi" ili elan olunmuşdur. Bu məqsədlə məktəbdə şagirdlər arasında mütəmadi olaraq rəsm müsabiqələri, divar qəzetlərinin sərgisi, "Açıq dərs"lər və şeir müsabiqələri təşkil edilir.

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi munasibəti ilə keçirilən "Həq mənəm, həq məndədir, həq söylərəm" adlı bədii qiraət müsabiqəsində fəal istirakına görə məktəbin 8"D" sinif şagirdi Hüseynli Aytən diplomla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi