My hobby
Məktəbdə "Açıq dərs"lərin keçirilməsi davam edir. Mayın 15 - də məktəbin riyaziyyat - informatika təmayüllü olimpia sinfində (7"D") ingilis dili müəllimi Yeganə Hacıyevanın təşkilatçılığı ilə açıq dərs keçirildi. Dərsdə ingilis dili müəllimləri, məktəbdə təcrübə keçən tələbələr və onların metodistləri iştirak etdilər. "Açıq dərs"in keçirilməsində məqsəd təlim prosesində müasir metodlardan istifadə, şagirdlərin sərbəst mühakimə yürütmək bacarıqlarının inkişaf etdirilməsidir. Elə bu məqsədlə də məktəbin bütün siniflərində mütəmadi olaraq açıq dərslər təşkil edilir.
"My hobby" (mənim məşğuliyyətim) mövzusunda keçirilmiş dərsdə şagirdlər hər biri sevimli məşğuliyyətləri haqqında hazırladıqları təqdimatları və bu mövzu barədə bildiklərini yoldaşları ilə bölüşdülər. Dərsin gedişində şagirdlərə fərdi şəkildə tapşırıqlar verildi və "Açıq dərs"in mövzusunu tam əhatəli şəkildə özündə əks etdirən slayd nümayiş etdirildi. Sonda şagirdlərin bilikləri qiymətləndirildi və buna uyğun olaraq sertifikat və medalla təltif olundular.