Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına ekskursiya

        Mayın 11 - də məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Pəri Allahverdiyevanın rəhbərliyi ilə 9"B" və 9"Ç" sinif şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına ekskursiya etdilər. Şagirdlər Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı tamaşanı izlədilər. Tamaşa iki zəhmətkeş və namuslu gəncin saf məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən və cəmiyyətdə baş verən haqqsızlıqlara qarşı mübarizə aparmaq yollarından bəhs edən ikihissəli məhəbbət dastanıdır. Bu tip tamaşaların şagirdlərdə insani keyfiyyətlərin formalaşmasında böyük rolu var. Elə bu məqsədlə də mütəmadi olaraq şagirdlər mədəni səviyyənin yüksəlməsində əsas rolu olan teatrlara ekskursiya edirlər. Sonda şagirdlər xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi